“Fənərbaxça”dan növbəti “bomba”: LUKAKU RƏSMƏN İSTANBUL NƏHƏNGİNDƏ
12.08.2026 - 20:49
Türkiyənin “Fənərbaxça” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Romelu Lukakunun transferini rəsmən açıqlayıb.
Hücumçu ilə 1+1 illik razılıq əldə olunduğunu bildirib.
33 yaşlı futbolçu müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün bu axşam İstanbula gələcək.
Lukaku son olaraq İtaliyanın “Napoli” klubunda çıxış edib.
Qeyd edək ki, Belçika millisinin üzvü karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter”, “Roma” və “Napoli”nin də formasını geyinib.
- Çempionlar Liqasında rekord göstərici
- "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları saxlanılıb
- “Neftçi" Ərzurumda məşqləri davam etdirir
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Şelburn”un baş məşqçisi: "Qarabağ"a qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur”
0
0