Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub
03.07.2024 - 15:53
Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhərində olub.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub.

Baş məşqçiyə stadion və məşq meydançalarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.