FİFA-dan qərar: 2,25 milyard dollarlıq rekord investisiya
20.03.2024 - 09:46
![FİFA-dan qərar: 2,25 milyard dollarlıq rekord investisiya](https://ww3.apasport.az/storage/news/2024/march/20/big/65fa201f516e365fa201f516e4171089103965fa201f516e165fa201f516e2.jpg)
FİFA Şurası 2023-2026-cı illərdə futbolun inkişafına ayrılan 2,25 milyard dollarlıq rekord investisiyanı təsdiqləyib.
Apasport.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
FİFA-nın verdiyi açıqlamada 2016-cı ildən əvvəl qüvvədə olan proqramlarla müqayisədə futbolun inkişafı üçün qoyulan investisiyalarda 7 dəfə artım olduğu qeyd edilib.
Bundan əlavə, 2023-cü il üzrə İllik Hesabat FİFA şurası tərəfindən yekdilliklə təsdiqlənib.
0
0