"Flamenqo"nun baş məşqçisi: "Juninyo bizə çox kömək edəcək"
20.01.2025 - 12:13
!["Flamenqo"nun baş məşqçisi: "Juninyo bizə çox kömək edəcək"](https://ww3.apasport.az/storage/news/2025/january/20/big/678e07599e267678e07599e2681737361241678e07599e265678e07599e266.jpg)
Braziliyanın "Flamenqo" klubunun baş məşqçisi Filipe Luis "Qarabağ"ın hücumçusu Juninyonun komandasına keçidinə münasibət bildirib.
Apasport.az xəbər verir ki, Braziliya klubunun çalışdırıcısı sabiq “Qarabağ”lı haqda bunları deyib:
"Juninyo bizim oyun modelimizin tələb etdiyi keyfiyyətə malik hücumçudur. O, böyük ambisiyaları olan futbolçudur. Juninyo komandanın səviyyəsini yüksəldəcək və bizə çox kömək edəcək".
Xatırladaq ki, "Flamenqo" bu transfer üçün “Qarabağ”a 5 milyon avro ödəmişdi.
0
0