![“Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək](https://ww3.apasport.az/storage/news/2022/june/10/big/62a35ddb07c7c62a35ddb07c7d165487356362a35ddb07c7a62a35ddb07c7b.jpg)
“Formula-1” üzrə Azərbaycan Qran-prisi davam edir.
Apasport.az saytının məlumatına görə, mövsümün səkkizinci mərhələsinin ikinci günündə ilk qaliblər müəyyənləşəcək.
“Formula-2”də sprint yarışının ən sürətliləri bəlli olacaq.
Qran-prinin ikinci günündə “Formula-1” pilotları iki dəfə trekə çıxacaqlar. Onlar öncə üçüncü – sonuncu sərbəst yürüşdə məşq edəcəklər. Ardınca sıralama turunda mübarizə aparacaq iştirakçılar əsas yarış üçün mövqelərini dəqiqləşdirəcəklər.
Azərbaycan Qran-prisi
11 iyun
13:30-14:20. “Formula-2”. Sprint yarışı
15:00-16:00. “Formula-1”. Üçüncü sərbəst yürüş
18:00-19:00. “Formula-1”. Sıralama turu
Qeyd edək ki, yarış iyunun 12-də yekunlaşacaq.