“Formula-1”: İlk sərbəst yürüşün ən sürətlisi Serxio Peres oldu
10.06.2022 - 16:00
![“Formula-1”: İlk sərbəst yürüşün ən sürətlisi Serxio Peres oldu](https://ww3.apasport.az/storage/news/2022/june/10/big/62a3327dddf9562a3327dddf96165486246162a3327dddf9262a3327dddf94.jpg)
Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürüb.
Apasport.az saytının məlumatına görə, mövsümün 8-ci mərhələsinin ilk sərbəst yürüşü başa çatıb.
Pilotlar bir saat bolidlərini sınaqdan keçiriblər. Yekunda “Red Bull”un pilotu Serxio Peres sərbəst yürüş zamanı hamıdan sürətli olub.
O, 1:45.476-lük göstəriciyə imza atıb. Peresdən sürətdə müvafiq olaraq Şarl Lekler (“Ferrari”) və Maks Ferstappen (“Red Bull”) geri qalıb.
Qeyd edək ki, saat 18:00-da ikinci sərbəst yürüşə start veriləcək.
0
0