“Formula-2”: Azərbaycan Qran-prisində son yarışı başladı
12.06.2022 - 11:05
![“Formula-2”: Azərbaycan Qran-prisində son yarışı başladı](https://ww3.apasport.az/storage/news/2022/june/11/big/62a4a959b4a8c62a4a959b4a8d165495842562a4a959b4a8a62a4a959b4a8b.jpg)
Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yarışın startı verilib.
Apasport.az saytının məlumatına görə, 11 komandanın pilotları bir saat beş dəqiqə ərzində dövrə vuraraq, qalibi müəyyənləşdirəcəklər.
“Əvəzedicilər” bununla da paytaxtımızda keçirilən Azərbaycan Qran-prisi çərçivəsində çıxışlarını yekunlaşdıracaqlar.
Qeyd edək ki, Bakıda “Formula-2” üzrə dünən təşkil olunan sprint yarışında Frederik Vesti (“Art Grand Prix”) qalib adını qazanıb.
0
0