“Formula-2”: Sıralama yarışı bitdi
10.06.2022 - 17:11

“Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Apasport.az saytının məlumatına görə, 11 komandanın 22 pilotu sabah keçiriləcək yarışın start xəttində ön sıralarda yer almaq üçün mübarizə aparıb.
Yarım saat davam edən sıralama turunda ən yaxşı nəticə göstərən Jüri Vips (“Hiteç Grand Prix”) sprint yarışında start xəttinə birinci pillədə başlamaq hüququ qazanıb.
O, 1:53.762-lik göstərici ilə yadda qalıb. Liam Louson (“Karlin”) və Dennis Xauqer (“Prema”) növbəti sürətli pilotlar olub.
Qeyd edək ki, “Formula-2”də ilk sprint yarışı sabah saat 13:30-da başlayacaq.
- DÇ: Yunan-Roma güləşçilərimizin rəqibləri müəyyənləşdi
- Rəşad Sadıqov: “Yalandan da olsa baş hakimə epizoda baxmasını təklif edərdin”
- "Borussiya"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək
- Daha bir futbolçu milliləşdirilir: "Dinamo"nun üzvü AFFA-nın hədəfindədir
- “Yuventus” de Liqtə əvəzləyici tapdı
0
0