Futzal millimiz 2 yoldaşlıq oyunu keçirəcək
07.10.2024 - 16:10
![Futzal millimiz 2 yoldaşlıq oyunu keçirəcək](https://ww3.apasport.az/storage/news/2024/october/07/big/6703ca715ad896703ca715ad8a17283016816703ca715ad876703ca715ad88.jpg)
AVRO-2026-ya hazırlıq məqsədi ilə Azərbaycanın futzal millisi noyabrda 2 yoldaşlıq oyunu keçirəcək.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.
Oyunlar noyabrın 4-ü və 5-də Zenitsa şəhərində yerləşən Huseyn Smayloviç adına arenada, yerli vaxtla saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.
0
0