Georgi Papunaişvili "Kəpəz"də
01.09.2023 - 20:07
Misli Premyer Liqa təmsilçisi “Kəpəz” heyətini gücləndirib.
Apasport.az-ın məlumatına görə, gürcüstanlı Georgi Papunaişvili ilə bir illik müqavilə imzalanıb.
27 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi son klub “Telavi” (Gürcüstan) olub. Tbilisi "Dinamo"sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da top qovub. O, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Mərkəz müdafiəçisi Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında da oynayıb.
Qeyd edək ki, Georgi Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub.
- CEV prezidenti gəldi, oyunlar təxirə salındı
- Millimiz Özbəkistanla heç-heçə edib
- Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında iştirak edib
- Argentina yenə Niderlandı penaltilərdə məğlub etdi - YENİLƏNİB
- Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib
0
0