Gimnastika Federasiyasının mətbuat konfransı təyyarə qəzasına görə təxirə salınıb
25.12.2024 - 15:31
![Gimnastika Federasiyasının mətbuat konfransı təyyarə qəzasına görə təxirə salınıb](https://ww3.apasport.az/storage/news/2024/december/25/big/676becfa5bc13676becfa5bc141735126266676becfa5bc08676becfa5bc12.jpg)
Azərbaycan Gimnastika Federasiyasının (AGF) ilin yekununa həsr olunmuş mətbuat konfransı təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə AGF-in mətbuat xidməti məlumatı yayıb.
Tədbirin təxirə salınmasına bu gün baş vermiş təyyarə qəzası səbəb olub. Təxirə salınan toplantının vaxtı hələ dəqiqləşməyib.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
0
0