Gimnastika üzrə 3 Dünya Kuboku Bakıda keçiriləcək
15.01.2024 - 13:34
![Gimnastika üzrə 3 Dünya Kuboku Bakıda keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/january/15/big/65a4fbef316c565a4fbef316c6170531121565a4fbef316c365a4fbef316c4.jpg)
Bakıda gimnastika üzrə 3 Dünya Kuboku keçiriləcək.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla bildirir ki, 2024-cü ilin ilk mötəbər turniri fevralın 23-25-də batut gimnastikası və tamblinq üzrə olacaq.
Yarış Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, adıçəkilən məkan martın 7-10-da idman gimnastikası, aprelin 19-21-də isə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
0
0