Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək
11.04.2024 - 14:22
Azərbaycanın 3 bədii gimnastı Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, aprelin 12-14-də baş tutacaq yarışın mükafatları uğrunda Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi münarizə aparacaq.
Gimnastalar Bişkekə məşqçi Valentina Ukleinanın rəhbərliyi altında yollanıblar. Yarışda Azərbaycanı həmçinin hakim qismində Dilbər İbrahimova təmsil edəcək.
- ÇL: "Bavariya" sensasiyaya imkan vermədi, PSJ-dən səfər qələbəsi
- ÇL-da ötən həftənin ən yaxşısı SEÇİLDİ
- Qurban Qurbanov: “Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm”
- Bakıda keçirilən Avropa Kubokunun növbəti mükafatçıları müəyyənləşib
- Adil Nağıyev Kimdir? Adı oyun alqı-satqısında hallanan futbolçu
0
0