İdman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 6 medal qazanıb.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.
Fərdi mübarizədə Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev bürünc medala yiyələniblər. Komanda yarışında isə Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadədən ibarət heyət birinci olub.
Beynəlxalq dərəcəli hakim Rahib Əliyev də yarışda ölkəmizi təmsil edib.
- “Zirə”nin yarımmüdafiəçisi iddialı klubların hədəfində - EKSKLÜZİV
- "Liverpul" son 60 ilin ən pis nəticəsinə imza atıb
- Nəriman oynamadı, komandası qələbə qazandı
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- Arda Güler mövsümü başa vurdu: DÇ-DƏ ÇIXIŞ EDƏ BİLƏCƏK?