![Güləş üzrə Azərbaycan çempionatı başlayır](https://ww3.apasport.az/storage/news/2022/december/19/big/63a01992ee27c63a01992ee27d167143669063a01992ee27863a01992ee27a.jpg)
Dekabrın 20-dən 23-dək güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında baş tutacaq yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.
Dekabrın 20-də saat 16:00-da çempionatın açılış mərasimi keçiriləcək. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək.
Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.
Qeyd edək ki, medallar uğrunda qarşılaşmalar hər gün saat 16:30-dan etibarən İdman TV vasitəsi ilə canlı yayımlanacaq. Arenaya giriş sərbəstdir.