Güləşçilərimiz Dünya Çempionatında üçüncü yeri tutub
21.08.2024 - 22:46
İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri üçüncü yerə çıxıb.
Apasport.az xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 3 medal qazanıb.
Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əmrah Əmrahov (48 kq) isə bürünc medal əldə edib.
Yekunda 105 xal toplayan millimiz komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.
- "Barselona"da heç kim avrokuboklardakı uğursuzluğu qəbul etmir
- Şahin Diniyev: "İndiyə kimi hücumda bu qədər fəal oynamırdıq"
- Fernandu Santuş: "Çıxışımızda müsbətə doğru böyük dəyişiklik var"
- Super Liqa təmsilçisi “Şaxtyor”un futbolçusu ilə razılaşıb
- “Fənərbaxça”dan Aktürkoğluna növbəti təklif: “Benfika”dan rədd cavabı
0
0