Martın 16-18-də Türkiyənin Antalya şəhərində güləş üzrə “Çempionlar” turniri keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması ənənəvi turnirdə 10 (2 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıb.
U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edib. Sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kq) Sadiq Mustafazadə (86 kq) gümüş, Ruslan Abdullayev (61 kq), Ramik Heybətov (70 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb. Yığmamız komanda hesabında 3-cü yeri tutub.
Qadınlardan ibarət yığma 4 medal əldə edib. Əsmər Cankurtaranla (53 kq) Ruzanna Məmmədova (62 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elvina Kərimzadə (55 kq) və Nərgiz Səmədova (55 kq) isə bürünc medal əldə edib. Bu komandamız da yekunda 3-cü yeri tutub.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sevinc Yusibova “Çempionlar” turnirində ədaləti qoruyub.
- III MDB Oyunları: 5 taekvondoçumuz finalda - FOTO
- Paralimpiadaya 1 milyon bilet satılıb
- DÇ-2026: İngiltərə və Polşadan qələbə- YENİLƏNİB
- Azər Bağırov: “Araz-Naxçıvan”da böyük işlər gördüm, özü də qısa vaxtda" - MÜSAHİBƏ
- “Sumqayıt”ın baş məşqçisi: “Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi"