Güləşçimiz finalda uduzdu
18.10.2022 - 21:50
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az saytının məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə iranlı Poya Marza 1:5 hesabıyla məğlub olub.
63 kq çəkidə qüvvəsini sınayan Ziya Babaşov da məğlubiyyətə üzülüb. O, bürünc medal uğrunda yaponiyalı Ryuta İkedayla güləşib və sonuncu xal prinsipinə əsasən (1:1) rəqib 3-cü yeri tutub.
Sərxan Məmmədov (130 kq) isə bürünc medal uğrunda iranlı Əliəkbər Yusufiəhmədçaliylə güləşib və məğlub olub - 1:9.
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
- Amin Seydiyevin həyat yoldaşı 1 oyunda 38 qol vurdu
- Taekvondo üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub - FOTO
- Millətlər Liqasının final görüşü bu kanalda yayımlanacaq
0
0