Gülnar Məmmədova Özbəkistandakı turnirdə
08.03.2023 - 16:05
![Gülnar Məmmədova Özbəkistandakı turnirdə](https://ww3.apasport.az/storage/news/2023/march/08/big/64087a646cd1364087a646cd14167827722064087a646cd1164087a646cd12.jpeg)
Özbəkistanın paytaxtı Daşkənddə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.
Apasport.az xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır.
Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra yarış cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Şahmatçımız 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.
9 turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır. Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.
0
0