Gürcü futbolçu “Kəpəz”də - RƏSMİ
13.01.2026 - 18:16
Gürcü futbolçu “Kəpəz”də - RƏSMİ

"Kəpəz" qış fasiləsində növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, "sarı-göylər" heyətini gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşamaya əsasən, 25 yaşlı futbolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Mate Abuladze mövsümün ilk yarısını Gürcüstanın “Samqurali” klubunda keçirib. 2024-cü ildən Tsxaltubo təmsilçisinin formasını geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.