Gürcüstan klubu "Sabah"ın futbolçusuna elçi düşüb
26.02.2024 - 22:19

Gürcüstanın "Samtrediya" klubu U-21 yığmamızın sabiq üzvü, hazırda "Sabah"da oynayan Abdulla Xaybullayevi heyətində görmək istəyir.
Apasport.az xəbər verir ki, gürcülər onu icarəyə götürməyi planlaşdırır.
Bunun üçün isə futbolçunun klubu ilə danışıqlara start verilib.
Hələ ki, Gürcüstan yüksək liqasında sezon başlamayıb və martın 1-də liqaya start veriləcək.
Xaybullayev ötən mövsümü də "Samtrediya"da icarədə keçirib.
"Sabah"ın onu Gürcüstan klubuna buraxıb-buraxmayacağı dəqiq deyil.
- “Everton” malili futbolçu ilə yollarını ayıracaq
- "Barselona" 59 milyon avroya 16 yaşlı futbolçu almaq istəyir
- Cüdoçularımız "Böyük Dəbilqə"nin son günündə 2 medal qazandı
- Kikboksinq və Sambo Federasiyasında sabiq vitse-prezidenti barəsində cinayət işi başlanıldı
- Voleybol Federasiyası nümayəndələri 3 rayona səfər etdilər
0
0