Hakimi təhqir edən klub rəsmisi 5 oyunluq cəzalandırılıb
10.01.2025 - 16:51
![Hakimi təhqir edən klub rəsmisi 5 oyunluq cəzalandırılıb](https://ww3.apasport.az/storage/news/2025/january/10/big/6781179dd39216781179dd392217365134376781179dd39166781179dd3920.jpg)
AFFA U-10 Liqasında baş tutan “Neftçi” - “Azərbaycan Qartalları” görüşündə hakimi təhqir edən qonaqların koordinatoru Abdulkadir Özü 5 oyunluq cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
AFFA U-16 Liqasında çıxış edən “Mübariz” klubuna isə 0:3 hesablı texnki məğlubiyyət verilib. Buna dekabrın 28-də “Dinamo” ilə keçirilən matçda meydan sahibi komandanın heyətində protokolda adı yazılmayan 4 futbolçunun iştirakı səbəb olub.
0
0