Hakimləri təhqir edən futbolçular və məşqçilər cəzalandırılıb
27.11.2025 - 13:17
AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında hakimləri təhqir edən "Real"ın rəsmisi Nahid Səmədov və "Şirvanovka"nın futbolçusu Loğman Camirzəyev 4, "Naxçıvan"ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunub.
Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və "Hacıqabul"un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya edilib.
- Baş məşqçi getdi, prezident eyni fikirdə deyil
- “Zirə” fransalı yarımmüdafiəçiyə elçi düşdü
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Azərbaycanı DÇ-də bu güləşçilər təmsil edəcəklər
- Uels millisinin sabiq futbolçusuna Azərbaycandan təklif
0
0