Halil Umut Meler matç zamanı zədələnib
25.03.2025 - 17:22
FIFA lisenziyalı türkiyəli hakim Halil Umut Meler bazar günü İrlandiya ilə Bolqarıstan arasında keçirilən UEFA Millətlər Liqası play-off matçında zədələnib.
Apasport.az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində sol baldırında qəfil ağrı və batma hissi yaşayan Meler, yeriməkdə çətinlik çəkdiyi üçün oyuna davam edə bilməyib.
Onu meydanda 2025-ci ildə FIFA hakimləri siyahısına daxil edilmiş dördüncü hakim Mehmet Türkmen əvəz etmişdi.
Halil Umut Melerin müalicəsinə bu gün aparılacaq müayinələrdən sonra başlanacaq.
- "Mançester Siti"dən Rodri açıqlaması - Əməliyyat olundu
- Millilərimiz Gədəbəydə təlim-məşq toplanışına start verib
- “Ağ-qaralar”da gözlənilməz ayrılıq - “Neftçi”nin ulduzu Braziliyaya gedir?
- Çempionluq bayramında mafiya bossunun oğlu güllələndi
- Şahin Diniyev: "Avstriya və Azərbaycan futbolu arasında yerlə göy qədər fərq var" - MÜSAHİBƏ
0
0