Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"
13.08.2024 - 09:22
![Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"](https://ww3.apasport.az/storage/news/2024/august/13/big/66baed4aeb94d66baed4aeb94e172352647466baed4aeb94b66baed4aeb94c.jpg)
“Çox gözəl qarşılanma oldu. Vətənə medalla qayıtdığıma görə çox sevincliyəm. Qızıl üçün getmişdim. Amma qızıl olmadı”.
Bu sözləri apasport.az-a açıqlamasında “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış güləşçisi Həsrət Cəfərov deyib.
“Gələn olimpiadalarda daha yaxşı hazırlaşıb, bayrağımızı daha da yüksəklərə dalğalandıracam. Şükür ki, medalsız qalmadım”.
0
0