HİK-in baş məşqçisi Bakıda jurnalistlər önünə çıxmadı
10.08.2023 - 22:24
![HİK-in baş məşqçisi Bakıda jurnalistlər önünə çıxmadı](https://ww3.apasport.az/storage/news/2023/august/10/big/64d52e53aacd064d52e53aacd1169169262764d52e53aacce64d52e53aaccf.jpg)
“Qarabağ”la oyundan sonra HİK-ın baş məşqçisini iştirakı ilə mətbuat konfransı təşkil edilməyib.
Apasport.az saytı xəbər verir ki, rəqib komandanın təyyarəsinin uçuşuna az vaxt qalması buna səbəb olub.
Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:2 hesabı ilə uduzan Finlandiya çempionunun oyundan əvvəl planlaşdırılan mətbuat konfransı və məşqi də keçirilməyib.
Qeyd edək ki, qonaq komanda havanın isti olması ilə əlaqədar paytaxtımızda az vaxt keçirib.
0
0