“Bu cür tədbirlərin keçirilməsi Azərbaycan idmanı üçün çox önəmlidir".
Apasport.az xəbər verir ki, bunu taekvondo üzrə “Ümid-Alpman Open” turnirinin açılış mərasimində Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov deyib.
Qurum rəsmisi keçirilən yarış və turnirlərin gələcəkdə öz təsirini göstərəcəyini bildirib: "Ümumilikdə, 2024 bizim üçün çox uğurlu il oldu. Beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdik. Bunlar arasında ən mühümü isə Qaşım Maqomedovun uğuru idi. Həmin uğur cənab Prezident İlham Əliyev tərəfindən də dəyər gördü. Yalnız Qaşım deyil, uğur qazanan bütün idmançılar ordenlərlə təltif olundular. Bu qədər dəstəyin fonunda idmançılarımız da üzərlərinə düşəni etdilər, bacarıqlarını əsirgəmədilər. Onların hamısı ölkəmizi layiqincə təmsil etdilər”.
- İli ən çox qazancla başa vuran idmançı bəlli oldu
- Vaqif Cavadov: “Limitin ləğvi yerli futbolçulara zərbə ola bilər”
- Siyasət Əsgərov: "Hədəf maksimum nəticə qazanmaqdır"
- Sumqayıt Konfrans Liqası matçlarına ev sahibliyi edəcək - Rəsmi
- İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cütlükləri bəlli olub