I divizionda oyunun nəticəsi ləğv edildi
24.10.2022 - 15:35
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda I divizionun VIII turunun oyunları ilə bağlı müzakirələr aparılıb.
Komitə üzvləri “Zirə-2” – “Mingəçevir” matçında baş verənlərə də hüquqi qiymət verib. Meydan sahibləri əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozduğuna görə oyunun nəticəsi ləğv edilib. “Zirə-2”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bakı klubu 400 manat cərimə olunub.
Qeyd edək ki, bu görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlmişdi.
- Hamidu Keyta: “Bizim üçün əsas sınaq…”
- A Seriyası: “İnter” 3 xalı 5 qolla qazandı, “Yuventus”dan xal itkisi
- III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO
0
0