I Liqa: IV tura start verilib - YENİLƏNİB
07.10.2026 - 17:18
I Liqa: IV tura start verilib - YENİLƏNİB

Bu gün utbol üzrə Azərbaycan I Liqasında IV tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Şahdağ Qusar" öz meydanında "Zaqatala"nı sınağa çəkib.

Görüş saat 15:30-da start götürüb. Qarşılaşma ev sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura oktyabrın 10-da yekun vurulacaq.