I Liqa: Lider mövsümdə ilk məğlubiyyətini aldı
03.04.2026 - 17:44
Futbol üzrə Azərbaycan I Liqasında XX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutub.
"Mingəçevir" doğma meydanda lider "Şəfa" ilə üz-üzə gəlib. Qonaqlar mövsümdə ilk məğlubiyyətini alıb. Görüş ev sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Şahdağ Qusar" isə autsayder "Şimal"a qalib gəlib - 1:0.
I liqa
XX tur
15:30. "Mingəçevir" - "Şəfa" 5:2
Qollar: E.Mustafayev, 6, K.Kalunqa, 50, T.Qarayev, 86, 90+5, A.Usman, 88 - E.Zamanov, 55 (pen), A.Ebrahimzade, 90
15:30. "Şahdağ Qusar" - "Şimal" 1:0
Qollar: A.Kulibali, 4
0
0