I Liqa: “Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazanıb
05.11.2025 - 20:52
Futbol üzrə Azərbaycan I Liqasında VI tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Lider "Şəfa" səfərdə "Mingəçevir"i 3:2 hesabı ilə məğlub edib.
İkinci yerdə gedən "Səbail" MOİK-i 1 qolla üstələyib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
I Liqa, VII tur
5 noyabr
"Mingəçevir" - "Şəfa" 2:3
Qollar: S.Məmmədov, 32, K.Kalunqa, 80 - P.Azadov, 35, T.Quliyev, 45+2 (pen), A.Ebrahimzade, 90+1
"Baku Sportinq" - "Cəbrayıl" 2:0
Qollar: C.Muxtarlı, 37, E.Valiiev, 61
"Səbail" - MOİK 1:0
Qol: T.Əlizadə, 31
0
0