Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir mayın 23-də baş tutacaq.
Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq. Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlayacaq.
Qeyd edək ki, hazırda I Liqada turnir cədvəlinin ilk pilləsində 54 xalla “Şamaxı” qərarlaşıb. "Qaradağ Lökbatan" 53 xalla ikincidir. Azərbaycan çempionu sonuncu - XXVII turda müəyyənləşəcək.
- Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
- "Barselona" Levandovskinin gələcəyi ilə bağlı qərar verib
- Dünya kubokunda iştirak edəcək gimnastlarımız bəlli olub
- "Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib - YENİLƏNİB
- “Mançester Yunayted” 6 futbolçunu göndərdi