İdmançımız “Bavariya Open”də mübarizə aparacaq
29.01.2024 - 16:35
![İdmançımız “Bavariya Open”də mübarizə aparacaq](https://ww3.apasport.az/storage/news/2024/january/29/big/65b799c64c9b065b799c64c9b1170653127065b799c64c9ae65b799c64c9af.png)
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva beynəlxalq turnirdə mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, idmançımız “Bavariya Open”də yeniyetmə qızların yarışında iştirak edəcək.
Təmsilçimiz 18 konkisürən arasında yanvarın 31-də qısa, fevralın 1-də sərbəst proqramla buz üzərinə çıxacaq.
Qeyd edək ki, yarış Almaniyada təşkil olunacaq.
0
0