II Liqa: IV tura start verilib
20.09.2026 - 17:58
II Liqa: IV tura start verilib

Bu gün Azərbaycan II Liqasında IV tura start verilib.

Apasport.az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.

“Şirvan” “Şəki”ni, “Marafon” isə “Ağstafa Gəncləri”ni qəbul edib.

Qeyd edək ki, turun digər oyunları sabah baş tutacaq.

Azərbaycan II Liqası
IV tur

20 sentyabr

15:30 Şirvan – Şəki 6:0
16:00 Marafon – Ağstafa Gəncləri 2:1