![İkardi “Qalatasaray”a derbidə qələbə qazandırdı](https://ww3.apasport.az/storage/news/2023/october/21/big/653415790249065341579024911697912185653415790248e653415790248f.jpg)
Türkiyə Superliqası 9-cu turunda “Qalatasaray” – “Beşiktaş” derbisi baş tutub.
Apasport.az saytı xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qalatasaray”ın hər iki qolunun müəllifi Mauro İkardi olub. Argentinalı forvard vurduğu qolların sayənə 10-a yüksəldib. “Beşiktaş”ın yeganə qoluna Okslend-Çemberlen imza atıb.
Qələbə sayəsində “Qalatasaray” bir oyun artıq keçirməklə liderliyə yüksəlib.
Türkiyə Superliqası
9-cu tur
“Kayserispor” – “Rizəspor” – 3:1
“Qaziantep” – “Antalyaspor” – 1:0
“Konyaspor” – “Pendikspor” – 1:2
“Qalatasaray” – “Beşiktaş” – 2:1