İlk dəfə azərbaycanlı futzal hakimi final mərhələsində
10.11.2025 - 15:22
Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Apasport.az xəbər verir ki, FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi edəcəyi 2026-cı ildəki Avropa çempionatında iş başında olacaq.
Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.
Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.
- III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib
- İsveç millisinin baş məşqçisi istefa verdi
- Bəxtiyar Musayev: "Qarabağ" bu tərzdə oynamağı xoşlamır” - MÜSAHİBƏ
- FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqladı
- İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu seçildi
0
0