İlqar Qurbanov Azərbaycan millisinin direktoru təyin olunub
31.07.2024 - 10:30
![İlqar Qurbanov Azərbaycan millisinin direktoru təyin olunub](https://ww3.apasport.az/storage/news/2024/july/31/big/66a9da19ca8b466a9da19ca8b5172240744966a9da19ca8b266a9da19ca8b3.jpg)
İlqar Qurbanov futbol üzrə Azərbaycanın əsas millisinin direktoru təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
O, buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.
Qeyd edək ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.
0
0