"İmişli"dən yeni transfer
26.08.2025 - 15:06
"İmişli"dən yeni transfer

"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Aran təmsilçisi Edvin Banqueranı rənglərinə bağlayıb.

Kolumbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Onun son klubu Portuqaliya III Liqasından "Felqeyraş" olub.

Qeyd edək ki, 2017-ci ildən Banquera daha öncə “Salqueyros”, “Jil Visente”, “Sportinq da Covilya” və "Mafra”da çıxış edib.