"İmişli"nin Ronaldosu: "Əlimizdən gələni edəcəyik"
14.08.2025 - 16:50
"İmişli"nin Ronaldosu: "Əlimizdən gələni edəcəyik"

"Turan Tovuz"la oyun gərgin olacaq".

Apasport.az xəbər verir ki, bu sözləri "İmişli"nin futbolçusu Ronaldo Rodriges de Souza deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında çempionatın ilk turu barədə danışıb: 

"Yaxşı çıxış etmək və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Mən komandama inanıram. Ümid edirəm ki, çempionata yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə avqustun 15-də start veriləcək. "İmişli" - "Turan Tovuz" oyunu avqustun 16-da, saat 17:00-da başlayacaq.