“İmişli”yə texniki məğlubiyyət verildi
01.09.2022 - 15:38
Azərbaycan I divizionun II turunda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, “İmişli” – “Araz Naxçıvan” oyununda adı protokolda olmayan futbolçu iştirak edib.
Heyətində belə oyunçu olan “İmişli”yə texniki məğlubiyyət verilib. Lakin Naxçıvan təmsilçisi 3 cavabsız qolla qalib gəldiyi üçün hesab olduğu kimi saxlanılıb. İmişlinin eyniadlı klubu 400 manat cərimələnib.
Qeyd edək ki, “Araz Naxçıvan” ardıcıl ikinci qələbə ilə I divizionun lideridir.
- “Qırmızı şeytanlar”dan Danilo həmləsi
- Messi azarkeşi Şahin Diniyev: “Təxminlərimdə yanılmadım”
- Diqqət! Təklifim var - TOPU AYAQLA YOX, ƏLLƏ OYNAYAQ
- Qurban Qurbanov: "Juninyonun transferi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"
- Rauf Əliyev: "Zirə" kuboku qazansa, mənim üçün sürpriz sayılmayacaq" - MÜSAHİBƏ
0
0