İmmobile ilk oyunda zədələndi
25.08.2025 - 22:08
İtaliyanın "Bolonya" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Ciro İmmobile sıradan çıxıb.
36 yaşlı forvard A Seriyasının 1-ci turunun "Roma" ilə matçında (0:1) ayaq əzələsindən zədələnib. İtaliya millisinin sabiq üzvü 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ciro İmmobile yay fasiləsində "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Bolonya"ya qoşulub.
- Ermənistanda ara qarışıb: Prezidenti istefaya səsləyirlər
- Osimhen yoxdursa, qələbə də yoxdur – “Qalatasaray”ın Avropadakı uğursuz seriyası
- “Bavariya”nın futbolçusu ölkəsinə qayıtdı - RƏSMİ
- Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
- “Turan Tovuz” - “Fənərbaxça” oyunu üçün fiziki biletlər satışa çıxarıldı
0
0