2022/23 mövsümündə İtaliya kubokunun qalibinin adı müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, “İnter” ardıcıl ikinci dəfə kuboku muzeyinə aparıb.
Turnirin həlledici matçında “İnter” və “Fiorentina” üz-üzə gəlib. Romanın “Olimpiya” stadionunda keçirilən oyun “bənövşəyilər” üçün yaxşı başlayıb. Niko Qonsales 3-cü dəqiqədə hesabı açıb. Amma fasiləyədək iki dəfə fərqlənən Lautaro Martines “İnter”in qələbə qollarının müəllifi olub. İkinci hissədə tərəflərin səyləri nəticə verməyib və İnzaginin komandası titula sahib çıxıb.
Qeyd edək ki, “İnter” tarixində 9-cu dəfə İtaliya kubokunun qalibi olub.
- Bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar
- Yüksək Liqanın XVI turunda iki oyun keçirilib
- Haverts “Real”ın transfer siyahısında
- Faiq Hacıyev: "Turan Tovuz" kollektivinin mənim uğurumda böyük payı var"
- Vasili Berezutski: “Nə vaxtsa "Sumqayıt"ın qapısına yol tapıb qol vuracağıq"