İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola salınıblar - FOTO
15.04.2023 - 19:52

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, Ermənistandan quru yolu ilə Tbilisiyə gələn atletlər Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından “Buta Airways” aviareysi ilə Vətənə yola salınıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da hava limanına gələrək atletlərlə görüşüb, onları yola düşənədək müşayiət ediblər.
Qeyd edək ki, azərbaycanlı atletləri təhlükəsizlik məqsədilə Ermənistandan Tbilisi hava limanınadək Ermənistandan 5 nəfər müşayiət edib.
- Ramil Şeydayev Türkiyə klubunda
- "Sabah"ın baş məşqçisi Azərbaycan çempionatları tarixində 63-cü oldu
- Sabiq “Liverpul”lu: “O, Zidanın fiziki xüsusiyyətlərinə və texniki bacarığına malikdir”
- Bəhlul Mustafazadə: “Belarus Qazaxıstandan daha kompakt oynayır”
- Premyer Liqada ilk istefa: “Kəpəz” Məmmədovla vidalaşdı
0
0