İsgəndərli oynadı, komandası 1 xal qazandı
29.03.2025 - 10:53
İsgəndərli oynadı, komandası 1 xal qazandı

Futbol üzrə Türkiyə I Liqasında XXXI turun görüşləri keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Bandırmaspor"u qəbul edib.

Qarşılaşma qolsuz bərabərlikə başa çatıb. İsgəndərli matçın 72-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Boluspor" 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.