![İsveç yığmasının baş məşqçisi: “Daha pis qrupa düşə bilərdik”](https://ww3.apasport.az/storage/news/2022/october/09/big/6342afa2392cb6342afa2392cc16653147226342afa2392c96342afa2392ca.jpg)
“Beş komandalı qrup yaxşıdır. Bu o deməkdir ki, biz də yoldaşlıq görüşləri keçirəcəyik”.
Apasport.az saytının məlumatına görə, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Azərbaycan yığmasının yer aldığı F qrupuna düşmələrinə münasibət bildirən 60 yaşlı mütəxəssis püşkatmanın nəticəsindən razılıq bildirib: “Daha pis qrupa düşə bilərdik. Eyni zamanda bundan da münasib qrup var idi. Məncə, bu, müəyyən mənada orta qrup sayılmalıdır. Çətin, amma mərhələ adlamağımız mümkün qrupdur”.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç və Azərbaycanla yanaşı, Belçika, Avstriya və Estoniya da mübarizə aparacaq.