İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
23.12.2025 - 17:55
Futbol üzrə İtaliya Superkuboku tezliklə ənənəvi formatına qayıdacaq.
Apasport.az xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Ezio Simonelli "Italia 1" telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, növbəti mövsümdən etibarən yenidən A Seriyasının çempionu ilə İtaliya Kubokunun qalibi arasında tək matçda kubokun sahibi müəyyənləşəcək.
Qeyd edək ki, Superkubok 2023-cü ildən dörd komandalı formatda keçirilir. "Napoli" ötən gün "Bolonya"nı məğlub edərək titula sahib çıxıb.
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
- Rəşad Sadıqov: "Qapımıza zərbə olmadı, amma iki qol buraxırıq" - VİDEO
- “Qarabağ”ın rəqibində narazılıq – Bakıdakı darmadağın...
- Mehman Allahverdiyev: "Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar"
- Şnayderlinin 10 günlük Konya macərası
0
0