Joze Mourinyo diskvalifikasiya edildi
08.11.2024 - 14:47
![Joze Mourinyo diskvalifikasiya edildi](https://ww3.apasport.az/storage/news/2024/november/08/big/672de8e2edb26672de8e2edb271731061986672de8e2edb24672de8e2edb25.webp)
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Apasport.az xəbər verir ki, qurum portuqaliyalı mütəxəssisi 1 oyunluq diskvalifikasiya edib. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Joze Mourinyo Super Liqanın 11-ci turunun "Trabzonspor"la matçından sonra azarkeşlərə jestlər edib, həmçinin hakimlər barədə sərt ifadələr işlədib. Məşqçi həmçinin, 958 min TL cərimə olunub.
0
0