Kadinin transferindən Braziliya klubuna da pul ödəniləcək
09.01.2023 - 01:25
![Kadinin transferindən Braziliya klubuna da pul ödəniləcək](https://ww3.apasport.az/storage/news/2023/january/09/big/63bb37a96312863bb37a963129167321386563bb37a96312363bb37a963126.png)
Kadinin satışından Braziliyanın "Koriçiba" klubu da qazanc əldə edəcək.
Apasport.az xəbər verir ki, "Krasnodar" klubunun 4,8 milyon avroya aldığı futbolçuya FIFA-nın həmrəylik proqramı çərçivəsində Kadini yetişdirmiş "Koriçiba"ya da pul veriləcək.
Belə ki, məbləğin 4,19 faizi (təxminən 200 min avro) Kuriçiba klubuna ödəniləcək. Çünki bu klub 12-23 yaş aralığında Kadini yetişdirib. O, peşəkar futbolçu kimi 2019-cu ilədək "Koriçiba"da 31 matç keçirib və 4 qol vurub.
Qeyd edək ki, "Krasnodar" klubu yaxın günlərdə Kadi ilə 2026-cı ilin yayınadək müqavilə imzalayacaq.
Səbuhi Musa
0
0