Kamal Umudlu yeni təyinat alıb
22.11.2024 - 12:09
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Jirona” (İspaniya) oyununun baş hakimi olacaq.
K.Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 27-də Avstriyanın Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
- Kaxaber Tsxadadze: "Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir"
- Azərbaycan badmintonu tarixində ilk - 6 idmançımız “Top-100”də
- Premyer Liqa: XVIII turun təyinatları açıqlandı
- "Qarabağ" "Ayaks"la oyundan əvvəl azarkeşlərə müraciət edib
- Ulduz futbolçunun yeməyinə yuxu dərmanı qatıldı, 10 min avrosu oğurlandı
0
0