Kanadalı yarımmüdafiəçi I Liqa klubunda - RƏSMİ
30.08.2026 - 13:10
Kanadalı yarımmüdafiəçi I Liqa klubunda - RƏSMİ

“Xankəndi” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi Cahari Emmanuel Lourenslə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.